13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Nəcməddin dünyanın bütün ölkələrinə ucuz turlar tapır - VİDEO


Nəcməddin dünyanın bütün ölkələrinə ucuz turlar tapır - VİDEO

19.12.2017 21:18
admin

Dünyanı gəzməyi, səyahət etməyi istəməyən, yəqin ki, az adam tapılar. Bir də qiymət ucuz oldumu, o zaman səhayət üçün əlverişli imkan yaranır. İndi sizə təqdim edəcəyimiz süjetin qəhrəmanı ucuz turlar təşkil edir. Onun turpaketlərinin qiyməti turizm şirkətlərinin təklifindən 1000 manata qədər ucuz olur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,  Gəncədən Amerikanın Los Anceles şəhərinə cəmi 1310 manata 10 gün səyahət etmək mümkündür. Halbuki turizm şirkətləri bu məbləğə yalnız birtərəfli aviabilet təşkil edə bilir. 23 yaşlı Nəcməddin Aslanlı isə bu qiymətə aviabilet və gecələməyə yer də daxil olmaqla, 10 günlük Amerika səyahəti təşkil edir.
Beynəlxalq münasibətlər fakültəsinin məzunu olan Nəcməddin Aslanlı səyahət hobbisini biznesə çevirib. Yerli tur şirkətlərindən fərqli olaraq o, facebook izləyicilərinə ən ucuz büdcəli səyahət təklif edir. Kampaniya zamanı endirimdə olan aviabilet və səfərlər taparaq izləyiciləri üçün turlar təşkil edir.
Fərdi olaraq facebook izləyicilərinə səyahətlər barədə məsləhətlər verən Nəcməddin Aslanlının hazırladığı turpaketlərlə digər şirkətlərin təklif etdiyi səyahət planları arasında bəzən 500-1000 manata qədər fərq olur.
Nəcməddin Aslanlı deyir ki, ucuz səyahətin əsasını ucuz aviabilet təşkil edir. Bunun üçün isə 1, hətta 2 ay qabaq bilet almaq lazımdır. O isə endirimdə olan biletləri və otelləri tapır. Hazırladığı turpaketlərdən isə artıq onlarla insan yararlanıb.
Nəcməddin Aslanlı onu da qeyd edir ki, o, təşkil etdiyi səyahətlərin sığortalanmasını həyata keçirmir.. Yəni bu məsələdə məsuliyyət turistin öz üzərinə düşür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın bütün ölkələrinə ucuz turlar tapır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728