7,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,26 AZN

описание


» » Qiyamət günü heyvanlar da diriləcəkmi?


Qiyamət günü heyvanlar da diriləcəkmi?

19.12.2017 21:20
admin

"Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar". ("Ənam" 38).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədən göründüyü kimi, heyvanlar da Qiyamət günü insanlar kimi diriləcəklər. İnsanın Qiyamət günü məhşur olmasının səbəbi budur ki, şüura və İlahi fitrətə malikdir. Peyğəmbərlərin (ə) vasitəsilə doğru yola hidayət olmuşdular. İnsanın bu yolda hidayət və zəlaləti hesaba çəkiləcəkdir.

Heyvanların həyatı barəsində təfəkkür edəndə və hər birinin özünəməxsus dünyaya malik olduğunu görəndə bu qənaətə gəlmək olur ki, onların da fərdi, ictimai əqidəsi vardır. Hər biri sağ qalmaq yolunda mübarizə aparır. Onlar da insanlar kimi dünyanın nemətlərindən bəhrələnirlər. Onların da özünəməxsus şüurları və dərkləri vardır.

Ona görə də demək olar ki, onların dərk və şüur səviyyələrinə görə müəyyən mənada ixtiyarları vardır. Bəzi hədislər də bu mövzunu təsdiq edirlər. Misal üçün, hədislərin birində oxuyuruq ki, bir-biri ilə buynuzlaşan keçilər Qiyamət günü qisas alacaqlar. Ancaq onların behiştə və ya cəhənnəmə getməkləri ilə bağlı hədislər bizə bir şey deməmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728