6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » "İt ili"ndə bəşəriyyəti nə gözləyir? -


"İt ili"ndə bəşəriyyəti nə gözləyir? -

20.11.2017 22:25
admin

2018-ci il Şərq təqviminə görə, "sarı it ili"dir. Fevralın 16-da girəcək bu ildə bəşəriyyəti nəyin gözlədiyini müəyyən etmək üçün dünya astroloqları gərgin iş rejimində çalışırlar.

Milli.Az modern.az-a istinadən 2018-ci "sarı it ili"ndə dünya ilə bağlı veriləcək proqnozlar barədə ümumi yazını təqdim edir.
 
2017-ci il - "alovlu xoruz ili" önəmli dəyişikliklər və faciələr ili kimi yadda qaldı. "Alovlu xoruz ili" və "meymun ili"nin yerinə sakit və təmknili "sarı it ili" gəlir. İlin əvvəli keçid dövrü ilə bağlı gərgin keçsə də, yaz ayları üçün saktilik bərqərar olacaq.
 
İlin necə keçəcəyi bizdən də çox asılıdır. İtlər borc və kredit sevmir, yaşadıqları yerdən köçməyi xoşlamır. 

Sarı isə pul rəngidi. "İt ili" pul mükafatları gətirəcək. Biznesə yeni başlayanlar ilin ortalarında çoxlu pul qazanmağa başlayacaqlar. Yaradıcı insanlar da "it ili"ndə rahatlıqla öz istedadlarını nümayiş etdirəcəklər.
 
İtlər sağlamlığı sevdikləri üçün 2018-ci ildə qrip kimi xırda xəstəlikləri çıxmaq şərti ilə insanların səhəti yaxşı olacaq. Onlar zərərli vərdişləri sevmirlər. 2018-ci ildə səfərlərə getmək uğurlu alınacaq. Həmçinin, artıq çəki ilə mübarizə aparmaq istəyən insanların iradəsi də xeyli möhkəm olacaq.
 
2018-ci il sevgi dolu il olacaq. Çoxları sevgi nağıllarına yenidən inanacaq, taleyüklü görüşlər olacaq. Ön plana ailə dəyərləri çıxacaq. Həmçinin, "it ili"ndə insanlar sadiq dostların əhatəsində olacaq, xoş tanışlıqlara sevinəcəklər.
 
"İt ili" müsbət enerjili olduğu üçün bu ildə doğulan körpələr gələcəkdə xoşniyyətli, sadiq və vicdanlı olacaq. "İt ili" belə körpələrə gələcəkdə uğur qazanmaq üçün böyük şans yaradacaq, amma bir şərtlə ki, onlar mümkünsüz işə baş qoşmasınlar. 2018-ci ildə ailə həyatı qurmaq da məsləhət görülür.
 
Astroloqlara görə, 2018-ci ildə dünyada müharibə və konfliktlər az olacaq, toletantlıq və qarşılıqlı hörmət yüksəsk səviyyədə olacaq.
 
2018-ci il oğlaq, əqrəb və dolça bürcü altında doğulanlar üçün xüsusilə uğurlu keçəcək.
 
Ümumlikdə, "it ili" konfliktləri sevməyən diplomatik il olacaq və insanları xoşbəxt olmağa sövq edəcək. Bu ildə hamını xoşbəxtlik və müsbət hadisələr gözləyir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031