6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Məşhur tennisçi ilə erməni milyarderin toyundan FOTOlar


Məşhur tennisçi ilə erməni milyarderin toyundan FOTOlar

18.11.2017 10:32
admin

Dünyanın ən populyar qadın tennisçilərindən biri, WTA versiyası ilə sabiq birinci raketka ustası Serena Uilyamsla erməni milyarder, Reddit servisinin sahibi Aleksis Ohanyanın toyundan fotolar yayılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünya idmanın 36 yaşlı superulduzu ilə 34 yaşlı erməni milyarderin toyu ABŞ-ın Nyu-Orlean şəhərindəki "Contemporary Arts Center"də olub.

"Gözəl və çirkin" ("Beauty and the Beast") nağılı stilindəki toy sonradan "Ace Hotel" butik otelindəki 6 saatlıq ziyafətlə sonuclanıb.

Serena Uilyamsın gəlinlik paltarı "Alexander McQueen" brendinin baş dizayneri Sara Bartonun əsəri idi.

Toyun əsas musiqisi də "Gözəl və çirkin "animasiya filmindəki "Tale As Old As Time" mahnısı idi.

Dəvət olunmuş 250 qonağı "Be Our Guest" mahnısının sədaları qarşılayırdı.

Qonaqlar arasında müğənnilər Kelli Roulend və Beyonse, məşhur reper Cey Zi, aktrisa Eva Lonqoriya, erməni realiti-şou ulduzu Kim Kardaşyan, tennisçi Karolina Voznyatski, "San-Antonio Spers" basketbol klubunun ulduzu Devil Li də vardı.

Toyda fotoseriya hazırlamaq hüququna sadəcə, "Vogue" jurnalı malikdi. Bu jurnalla imzalanmış reklam anlaşmasına görə, toyda qonaqlara qacetlərdən istifadə etmək, foto və video çəkilişlər aparmaq, hətta selfi çəkmək yasaqdı. Bundan başqa, toya gələn kişilər smokinq, xanımlarsa ziyafət paltarları geyinməliydilər.

Serena Uilyamsla Aleksis Ohanyan 2015-ci ildə Romada tanış olublar. O vaxtdan bəri onlar birlikdə yaşayırdılar. Sentyabrın 1-də isə Serena Uilyams qızını dünyaya gətirib. Qıza Aleksis Olimpiya adı verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031