6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Ən güclü kvant kompüter yaradılıb


Ən güclü kvant kompüter yaradılıb

18.11.2017 08:05
admin

"IBM" şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirirlər. Bundan başqa, şirkət istifadəçilər üçün 20 kubit məhsuldarlıqlı "Quantum Experience" "bulud" servisindən istifadəyə imkan yaradıb.
 
"IBM" növbəti ildə kvant hesablamalar sahəsində texnologiyaların təkmilləşdirilməsi və yaxşılaşdırılması üzərində işi davam etdirməyi planlaşdırır.
 
Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
 
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
 
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031