8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » YouTube ölən ekstremistin videolarını silir


YouTube ölən ekstremistin videolarını silir

14.11.2017 21:20
admin

YouTube, 2011-ci ildə öldürülən radikal islamçı vaiz Ənvər əl-Əvlakinin olduğu təxminən 50.000 videonu silib.

Əvlaki dini vəzifəsi çərçivəsində şiddət yayan biri olsa da, ailəsi ölümündən sonra onun terrorçu olduğunu təkzib edib.

New York Times, qalan videoların ancaq xəbər materialı və sənədli film olduğunu deyib.

Astagəl tədbir

Milli.Az BBC-yə istinadən bildirir ki, videoların YouTube-dan kənarda qalmasını təmin etmək məqsədilə, videolar insanlar tərəfindən "şiddətli" məzmun kimi işarələndikdən sonra, silinmə, rəqəmsal barmaq izi və ya "sükut" adlanan formatlama sistemi vasitəsilə aparılır.

Yüklənmiş videolar, insanlar qadağan olunan məzmun paylaşmaq istədikdə bu sükut ilə müqayisə edilir.

Əvlaki YouTube-a müxtəlif məzmunlu çox sayda videolar yükləyib.

Bəziləri şiddət çağırışları ilə müşayiət olunsalar da, digərləri onun İslam və tarixi haqqında şərhlərindən ibarətdir.

Bu videoların əksəriyyətinin səhifədən silindiyi deyilir.

Əgər sağ olsaydı, Əvlakiyə YouTube kanalına sahib olmaq icazəsi verilməzdi, çünki onun adı Böyük Britaniya və ABŞ-da terrorçu siyahısına salınmışdı.

Anti-ekstremist qruplar Əvlakinin videoalarından ilk dəfə 2009-cu ildə şikayət ediblər, amma onun YouTube-dakı videolarının şiddət məzmunu daşımasına yalnız keçən il qərar verilib.

Ekstremizm əleyhinə işləyən qruplarının Əvlakinin videoları haqqında uzun şikayətlər seriyası və məlumatları YouTube-da təsir yaradıb və onlar tədbir görməyə başlayıblar.

George Washington Universitetinin ekstremizm əleyhinə tədqiqat proqramından Alexander Meleagrou-Hitchens New York Times-a deyib ki, videoların silinməsinə görə YouTube-a "alqış düşür".

YouTube-ın dizaynı elədir ki, insanlar axtarmadan belə Əvlakinin videoları ilə qarşılaşa bilirdilər, o söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930