Azərbaycanlı baş hakimin qərarı Avropada narazılığa səbəb oldu - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsindəki idarəçiliyi narazılığa səbəb olub.
Milli.Az report-a istinadən xəbər verir ki, evdə Serbiyaya 1:3 hesabı ilə uduzan Avstriya yığmasının baş məşqçisi Verner Qreqoriç və komandanın kapitanı Konrad Laymer baş hakimin matçın nəticəsinə təsir edən səhvə yol verdiyi qənaətindədirlər.
Onların fikrincə, Ağayev matçın 86-cı dəqiqəsində, hesab 1:1 olan zaman Avstriya yığmasının qapısına yanlış penalti təyin edib. Qriqoriç bildirib ki, referi 11 metrlik nöqtəni göstərməklə düz etməyib: "Həmin epizodda qayda pozuntusu yox idi. Oxşar vəziyyət Rusiya ilə oyunumuzda da baş vermişdi. Vacib oyunlarda iki penalti. Bu cür hallar futbolda tez-tez olur".
Penaltiyə səbəb olan kapitan isə deyib ki, bu cür oyunda uduzmaq ağırdır. Laymerin sözlərinə görə, o, topa rəqibin ayaqları arasında toxunsa da, referi qayda pozuntusu qeydə alıb.
Avstriyalıların narazılığına rəğmən, oyunun videoicmalına baxan zaman Ağayevin penalti epizodunda səhvə yol vermədiyini görmək olar. Laymer cərimə meydançasında Saşa Lukiçə qarşı açıq-aşkar kobud oynayır və Azərbaycanlı FİFA referisi haqlı olaraq 11 metrlik nöqtəni göstərir.
Serbiya yığması hazırda 12 xalla VII qrupun lideridir. Hesabında 6 xal olan Avstriya millisi isə 4-cü sıradadır.
Qeyd edək ki, noybarın 10-da baş tutmuş matçda hesabı qonaqlar açıb, 30-cu dəqiqədə Aleksandr Lutovats fərqlənib. Qarılaşmanın 80-ci dəqiqəsində Konrad Laymer tarazılığı bərpa etsə də, 7 dəqiqə sonra Luka Yoviç penaltidən fərqlənib. 90+1-ci dəqiqədə isə Luka İliç yekun nəticəni müəyyənləşdirib - 3:1.
Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Mənbə: milli.az
-
Chris Adams True Reflections edp 100ml
30 AZN
-
Hugo Boss Bottled Oud edt
97 AZN
-
Ajmal Shadow Amor edp 75ml
115 AZN
-
Katy Perry Killer Queen edp 50ml
150 AZN
-
intex 57122 (122x122)
72 AZN
-
Bond Non 147-1236
25 AZN
-
Guerlain Mon edp
154 AZN
-
Ulysse Nardin 319 Blue
120 AZN
-
Van Cleef Arpels Feerie edp L
167 AZN
-
Брелок 9568
14 AZN










« Февраль 2019 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 |