14,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,91 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə"


"Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə"

11.01.2017 22:20
admin

Sevgiliniz münasibətiniz müddətində özünü xoşbəxt hiss etməyə bilər. Münasibətdəki gizli bədbinlik cütlüklər üçün qorxuducudur. Bu, sizin varlığınızı unutmasına belə, gətirib çıxara bilər. Lakin narahat olmayın. Milli.Az lent.az-a istinadən mütəxəssislərin fikrilərinə əsaslanaraq münasibətlərinizdə problem olduğunu göstərən 10 işarəni təqdim edir.

1. Birlikdə daha az vaxt keçirirsiniz
 
Tərəf müqabiliniz xoşbəxt deyilsə, vərdişlərini və sizinlə keçirdiyi zaman miqdarını dəyişdirməyə başlayın. Bu, son zamanda tez-tez baş verirsə, təlaşlanmayın. Ancaq vəziyyətdən asılı olaraq tədbirlər görün. Hər cür münasibətdə belə dəyişikliklər labüddür. Lakin bu, bir uyğunsuzluq işarəsi də ola bilər.
 
2. Tərəf müqabiliniz tənha qalır
 
Onun davranışında dəyişiklik görsəniz, demək, burada nəsə var. Və bu dəyişiklik sizi kənarda qoyursa, sizi xoşagəlməz sürpriz gözləyir. O, sizinləykən özünü xoşbəxt hiss etmədiyi üçün sizdən uzaqda vaxt keçirir. Hər şey üçün çox gec olmadan, onunla söhbət edin.
 
3. Qəzəbinə hakim ola bilmir
 
Əvvəlki vaxtlara nisbətən daha tez əsəbiləşməyə başlayıbsa, bu, bir problem ola bilər. Səbr mövzusunda dəyişiklik hiss edirsinizsə, demək, o, sizinlə xoşbəxt deyil. Bir insan münasibətində xoşbəxt deyilsə, əsəbləşməklə hirsini çıxarır. Belə halla rastlaşmısınızsa, vaxt keçmədən onunla danışın.
 
4. Sükutla qarşılaşırsınız
 
Laqeyd olmaq xəyanət üçün zəmin hazırlayar. Bir-birinizlə mübahisə etməyə bilərsiniz. Bu heç də o demək deyil ki, sizin münasibətlərinizdə bir problem yoxdur. Sevgiliniz sizə qarşı səssiz və uzaqdırsa, ən qısa müddətdə bunun qarşısını almağa çalışın və məsələni araşdırın.
 
5.  Ünsiyyətdə bir çatışmazlıq var
 
Sevgilinizin xoşbəxt olmadığını göstərən başqa bir məqam ünsiyyətdə qeyri-kafiliyin meydana gəlməsidir. Əlbəttə hər kəs zamanla fərqli ruh halları yaşaya bilər. Ruh hallarında dəyişikliklər normaldır. Ancaq bu vəziyyətin bir neçə gündən çox davam etməsi artıq başqadır. Danışmaq yalnız dillə olmur. Münasibət bədənlə olduğu qədər, davranışlarla da olur. Məsələn, o sizə olan rituallarını dəyişibsə, mövzunu dilə gətirməyin vaxtıdır.
 
6. Reaksiya verməsi uzun zaman çəkir
 
Mesaj, telefonla danışmaq, mail və s. Əgər tərəflərdən biri münasibətində xoşbəxt deyilsə, tez cavab verməyə tələsmir. Hamımızın başına gələn bir haldır. Lakin əvvəlki günlərlə müqayisədə bunu intensiv hiss edirsinizsə, deməli, xoşagəlməz hallar baş verir.
 
7. Vasvasılıq
 
Ən kiçik mövzuya belə, həddindən artıq vasvası və ya əksinə davranırsa, ehtimalla xoşbəxt deyil və bunu birbaşa deyə bilmir. Sözsüz ki, onun işində də problem ola bilər. Ancaq ümumiyyətlə, bir insan həyatının digər sahələrinə nisbətən sevgilisinə daha az maraq göstərirsə, deməli, münasibətində xoşbəxt deyil.
 
8. Dava-dalaş salır
 
Tərəf müqabiliniz soruşduğunuz ən sadə suala belə, pis tonda cavab verirsə, sizdən və münasibətdən bezdiyinə əmin ola bilərsiniz. Bu adam münasibəti bitirmək üçün dava-dalaş çıxara bilər. Əgər vəziyyət belədirsə, bunun üzərindən keçməyin. Onunla dürüstcə danışın və problemin nə olduğunu soruşun. Kifayət qədər aydın cavab ala bilmirsinizsə və çatışmazlıq davam edirsə, belə bir rəftar sərgiləyə bilərsiniz - "münasibəti bitirmək üçün məndən nifrət etməyinə ehtiyac yoxdur. Ayrılmaq istəyirsənsə, bunu açıq etiraf elə".
 
9. Bir anda uzaqlaşmağa başladı
 
Uzaqlaşma pilləli də ola bilər. Sevgilinizin xoşbəxt olmadığını göstərən digər bir işarə ani uzaqlaşmadır. Ancaq bu vəziyyətin səbəbi siz olmaya da bilərsiniz. İnsanlar fərqli səbəblərdən bir-birlərindən uzaqlaşa bilər. Buna görə qarşı tərəfin bədbəxt olduğu qənaətinə varmazdan əvvəl, davranışlardakı dəyişikliklər haqqında danışmaq əhəmiyyətlidir. Şübhələndiyiniz halda bunu ona bildirin.
 
10. Mənfi davranışlar sərgiləyir
 
Sevgilinizin bədbəxt olduğunu göstərən bir çox ipucu var. Diqqətini sizə verməkdənsə daim telefonla məşğul olmağı yaxşı işarə deyil. Söhbət əsnasında diqqət dağınıqlığı da bir ipucudur. Bu mövzunu açmağa çalışdığınız zaman müzakirədən qaçırsa, bu, artıq tamam ayrı bir işarədir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Май 2017    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031