Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,16 RUB

» » Heyvanların qurduqları heyrətamiz yuvalar - FOTO


Heyvanların qurduqları heyrətamiz yuvalar - FOTO

11.01.2017 22:49
admin

Bəzən heyvanlar özlərinə elə yuvalar qururlar ki, hətta insan zehninə sığa bilmir. Bəlkə də əl əməyindən daha möcüzəvi bir məkan ortaya çıxır.

Milli.Az lent.az-a istinadən heyvanların özlərinin qurduqları sənət əsərinə bəzəyən yuvalarla sizi tanış edir.

"Philetairus socius" adlanan quşların bina evlərinə bənzəyən yuvalarında 400 qədər quş birlikdə yaşayır.

Və eyni yuva yüz il boyu fərqli quş nəsilləri tərəfindən istifadə edilə bilər.
Bəzi yuvalar o qədər böyükdür ki, inşa edildiyi ağacı belə yıxa bilər.

Çöp, ot, palçıq kimi vasitələrdən istifadə edərək qurulan yuvalarda girişlər aşağıdandır.

Girişdə yırtıcılara qarşı təhlükəsizlik sistemi olaraq kəsici və deşici çubuqlarla dolu tunellər var.

Rahatlıq yuvanın içindəki otaqların döşəməsinə sərilən otlarla təmin edilir.
Daxildə olan otaqlar gecə havalar soyuduqda, xarici hissələrdə olan otaqlar isə gündüz qızmar günlərdə istifadə edilir.

***
2012-ci ildə Braziliyada kəşf edilən dünyanın ən böyük qarışqa yuvası 8 metr dərinliyindədir. 47 metr kvadrat sahəni əhatə edir.

Təxminlərə görə, qarışqalar bu böyük şəhəri inşa edərkən 40 ton torpağı səthə daşıyıblar.
Eynilə bizim yaşadığımız şəhərlər kimi çox sayda ana və ara yol qoyulub və bəzi tunellərin yalnız tullantıların yığıldığı anbarlara və ya bağçalara çıxdığı müşahidə olunub.
Bizə daha çox maraqlı olan primitiv hesab etdiyimiz bu canlıların yuvalarının bir hissəsini əkinçilik sahəsi kimi ayıraraq burada özləri üçün həzmi asan qidalar, eyni zamanda göbələklər yetişdirməsidir.

Göydələn: Burada yaşayan heyvanlar qarışqalar kimi yerin altına enməklə yanaşı, üstünə də inşa etməyi sevirlər.

Yuva: Tüpürcəklərlə qarışdırılan və quruduqdan sonra az qala beton kimi sərt olan torpaq parçaları milyonlarla həşərat tərəfindən bir neçə ilə inşa edilir.

Bu yuvanın dərinliyi 2-3 metr, yüksəkliyi isə 9 metrə qədərdir.

1970-ci illərin ortalarından etibarən bu gəmiricilər həyatlarını nəhəng bir anbarı inşa etmək üçün ağacları devirməyə həsr ediblər.

Səddin çəkilməsində məqsəd yaşadıqları çayda olan su miqdarının hər zaman eyni səviyyədə qalmasını təmin etməkdir. Beləliklə, çox yağış yağanda su kənarındakı yaşayış yerlərinə su toplanmır və ya bölgədə quraqlıq yaşandıqda su səviyyəsi enmir və yuvaları ortada qalmır.

Eyni zamanda qidalandıqları balıqları nəzarət altında saxlayırlar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031