1,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Saçı yağlı olan xanımlara


Saçı yağlı olan xanımlara

09.01.2017 22:47
admin

Qadınların ən böyük problemlərindən biri saçlarının tez yağlanmasıdır. Gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı görünməyə başlayır. Nəticədə xanımlar hər gün saçlarını yumağa məcbur olur. Milli.Az xəbər verir ki, dermatoveneroloq Elçin Sadıqov lent.az-a bildirib ki, yağlı saç deyə bir şey yoxdur, əslində saçlı dəri yağlıdır və bu yağ saçları yağlandırır. Düz saçlı insanlarda saçlı dəridə ifraz olunan yağ gün ərzində sürətlə saçlara yayılır. Buruq saçlı insanlarda isə yağ saçlara doğru az yayılır.

Yağlı saçın zərərləri nələrdir?

Həkimin sözlərinə görə, şiddətli dərəcədə olan yağlanmanın qarşısı alınmazsa, bu, saçlarda tökülməyə gətirib çıxarır. Bundan əlavə pitrosporium adlanan və saçlı dəridə olan bir göbələk sayını artıraraq, saçlarda kəpəklənməyə və seboreik ekzemanın ortaya çıxmasına və ya alovlanmasına səbəb olur. Bu səbəblə yağlanmanın qarşısının alınması saç və saç dərisinin sağlamlığı baxımından çox vacibdir.
 
Saçlar hansı intensivliklə yuyulmalıdır?
 
E.Sadıqov deyir ki, bir çox insanlar şampunların saçlı dərini deyil, saçları yuduğunu düşünür. Əslində şampunlar saçlı dərini təmizləmək və saçın sağlam qalması üçün icad olunub. Buna görə də şampun seçimi saçlı dəriyə uyğun edilməlidir. Yağlı saçın çox yuyulması saç dərisindəki yağ hüceyrələrinin buna öyrəşməsinə və saçların daha da çox yağlanmasına səbəb olur. Ona görə də yağlı saçlar günaşırı yuyulmalıdır.
 
Yağlı saçları olan xanımlara iki məsləhət təqdim edirik.
 
Limon suyu
 
Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.
 
Aloe-vera
 
Eyni miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər gün edin.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031