20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,86 AZN
10 RUB = 0,3 AZN

описание


» » Kiçik mətbəxi böyük göstərməyin


Kiçik mətbəxi böyük göstərməyin

04.01.2017 23:15
admin

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür. Milli.Az lent.az-a istinadən bunun bir neçə yolu ilə sizi tanış edir.

Açıq rənglər istifadə etmək
 
Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.
 
Açıq rəflərə şans verin
 
Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.
 
Şüşə qapaqlara üstünlük verin
 
Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.
 
Dəzgah üstü kəsmə taxta
 
Mətbəxinizdə tez-tez kəsmə taxta istifadə edirsinizsə, dəzgah üstü kəsmə taxta sizə uyğundur. Kəsmə taxtanı dəzgahdakı uyğun bir yerə, məsələn küncə qoya bilərsiniz.
 
Əl altında olmasını istədiklərinizi asqılara taxın
 
Kifayət qədər dolabınız və ya dolabınızda yer yoxdursa, əl altında olmasını istədiyiniz vəsaitləri divara asın.
 
Maqnitli asılqanınız olsun
 
Bıçağınız çoxdur və yer tutur? O zaman mətbəxinizin divarına maqnitli bir rəf düzəldin. Bıçaqlarınızı maqnitə düzərək daha az yer tutmasını təmin edə bilərsiniz.
 
Səbət istifadə edin
 
Kiçik zənbilləri dəzgah, şkafın içi və ya rəflərdə istifadə etməklə mətbəxinizi daha rahat hala gətirə bilərsiniz.
 
Dəzgahın üstünü rahatlandırın
 
Qəhvə bişirən və toster kimi alətlər dəzgahın vazkeçilməzləridir. Təməl ehtiyaclar xaricində çox qab və şüşə kimi vəsaitlər isə mətbəxi qarışıq və dar göstərir. Bunları dəzgahda mümkün olduqca az saxlayın.
 
LED işıqlandırma istifadə edin
 
Mətbəx dolablarının altına yerləşdirilən LED işıqlar mətbəxinizə fərqli ab-hava qata bilər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Апрель 2017    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930