18,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,86 AZN
10 RUB = 0,3 AZN

описание


» » Tarixdə gülməkdən ölənlər


Tarixdə gülməkdən ölənlər

03.01.2017 22:48
admin

Gülməkdən ölmək olarmı?

E.ə 3-cü əsrdə yaşamış yunan filosofiu Xrissip (Chrysippus) öz eşşəyinə çaxır içirdib sərxoş edir, sonra eşşəyin qarşısına əncir töküb onun əncirləri yeyərəkən etdiyi anormal hərəkətlərə baxıb gülməkdən ölmüşdü.

Bu hadisə Fransua Rablenin “Qarqantüa və Pantaqrüel” romanında əks olunub. Əsərin personajlarınan biri olan Filemon öz qulluqçusuna tapşırır ki, eşşəyə çaxır içirsin. Bunu deyib gülməyə başlayır və gülməkdən keçinib ölür.

1410-cu il. Kral Martin Araqonluelə şiddətlə gülmüşdü ki, asfiksiyadan (boğulmadan) keçinmişdi.

1556-cı il. İtaliya intibah dövrünün yazıçısı Pyetro Aretino gülməkdən boğulub ölmüşdü.

1660-cı il. Tomas Urkhart – şotland zadəganı, Fransua Rablenin əsərlərini ilk dəfə ingiliscəyə tərcümə etməklə tarixə düşmüş bu adam II Karlın taxta çıxdığını eşitdiyi an gülməyə başlamış, uzun müddətli şiddətli gülüş onun ölümü ilə nəticələnmişdi.

1782-ci il. “Dilənçinin operası” əsəri oynanılan zaman Fitsherbetr soyadlı qadın bərkdən gülməyə başlayır, gülməyi dayandıra bilmədiyi üçün onu teatrdan çıxarırlar. Qadın bütün gecəni və ertəsi günü gülməyi saxlaya bilməmiş, nəhayət keçinmişdi.

1893-cü il. İndiana ştatında Uesli Parsons adlı fermer bir lətifəni dinlədikdən sonra bir saat ərzində dayanmadan gülmüş və qəfil sustalıb dayanmışdı. Tibbi yardıma baxmayaraq Uesli iki saatdan sonra öldü.

1975-ci il. Britaniyada 50 yaşlı usta Aleks Mitçell, The Goodies serialına baxarkən bir epizodda aramsız gülməyə başlayır. 45 dəqiqəlik şiddətli gülüş miokard infarktından ölməsinə səbəb oldu. Sonralar Aleksin arvadı serialın müəlliflərinə təşəkkür məktubu yazmışdı ki, bu serial sayəsində onun əri ömrünü xoş bir şəkildə başa vurub.

1989-cu il. Danimarkalı həkim Ole Bentsen, “Vanda adlı balıq” kinokemadiyasına baxan zaman gülməkdən ölmüşdü. Həkim rəylərinə görə, Olenin ürək döyüntüsü dəqiqədə 500 həddinə çatmış, ürək patlamasına səbəb olmuşdu.

2003-cü il. Banqkokda bir tacir yuxuda gülməkdən ölmüşdü. Arvadı onun yuxudan ayıltsa da, adam daha iki dəqiqə şiddətli gülərək keçinmişdi. Meyitin ekspertizası göstərdi ki, ölümün səbəbi ürək tutması olub.


Ruslan Köçərli | alberteyniseydi.com

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Май 2017    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031