Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,24 RUB

» » Ailəyə xərclənən pul sədəqədən hesab edilər


Ailəyə xərclənən pul sədəqədən hesab edilər

03.01.2017 23:20
admin

Qadınla kişi evlənən zaman bəşərin ən kiçik cəmiyyətinin təməli qurulmuş olar. Bu səfalı ocaq övladın dünyaya gəlişi ilə budaqlanıb böyüyər. Bu ailə ocağını qorumaq və inkişaf etdirmək böyük bir məsuliyyət istəyir.

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).
"Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur". ("Əraf" 189).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam dininin əsas hədəfi odur ki, müsəlman həyatda dünya və axirət səadətinə çatacaq yolu düzgün seçsin və ona çatmağa çalışsın. Bu yolda ailənin böyük rolu vardır.
Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərin ən yaxşısı o kəsdir ki, öz ailəsi üçün yaxşı olsun".
Həzrət (s) başqa yerdə buyurur: "Hər bir (yaxşı əməl) sədəqə hesab olunur və möminin özü, ailəsi və həyat yoldaşı üçün xərclədiyi hər şey onun üçün sədəqə hesab olunar".
Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman Allah sizlərdən birinə xeyir əta edər, ilk özünüzü və ailənizi ondan bəhrələndirin".
Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) ailə bağlı verdiyi tövsiyələr içərisindən oxuyuruq: "Ailəyə xidmət etmək - b yük günahların kəffarəsidir, İlahi qəzəbi yatızdırmağa səbəb olar. Həsənələrin və dərəcələrin artmasına da səbəb olar. Ey Əli! Ailəsinə xidmət etməz, məgər o kəs ki, siddiqdir, ya şəhiddir, ya da o insandır ki, Allah onun üçün dünya və axirət xeyirini istəmişdir".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Evə daxil olan zaman salam verin, Allah bərəkətini artırar".
Həzrət Peyğəmbər (s) müsəlmanlara tövsiyə edərdi ki, ailələri ilə pis rəftar etməsinlər ki, axirət əzabına düçar olarlar. Həzrətin (s) yaxın səhabələrindən olan Səyid ibni Məazın hekayəsini hamımız yaxşı bilirik ki, ailəsinə qarşı kobud olduğu üçün qəbir sıxıntısı çəkir.
Həzrət Peyğəmbər (s) buyurur: "Ən pis insan ailəsinə qarşı sərt olandır. Həyat yoldaşı evə daxil olan zaman həyat yoldaşı və övladları qorxar və qaçarlar və nə zaman evdən çıxsa, həyat yoldaşı gülər".
Ona görə də hər kim ailəsində gözəl əxlaq nümayiş etdirər, ailsinə qarşı səbirli olar, onun ehtiyaclarını aradan qaldırmaq üçün səy göstərər və bu yolda pul xərcləyər - Allah onu sədəqə hesab edər və həsənələrini, dərəcələrini yüksəldər. Bu insan Qiyamət günü Məsumlara (ə) ən yaxın insan olar. Bu yolda səy göstərək və Həzrətin (s) buyurduqlarını həyata keçirtməyə çalışaq

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031