7,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,83 AZN
10 RUB = 0,3 AZN

» » Bakıda boğulan 5 kamerunlunu tanıyan DANIŞDI - FOTO


Bakıda boğulan 5 kamerunlunu tanıyan DANIŞDI - FOTO

03.01.2017 23:26
admin

Ötən gün Bakının Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında yaşayan beş Kamerun Respublikası vətəndaşının meyiti tapılıb. Polis ölən şəxslərin dəm qazından zəhərlənməsi ilə bağlı məlumat yayıb. Hadisəyə səbəb kimi evin hamam otağında olan su qızdırıcısının yanaraq yararsız hala düşməsi göstərilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Yeni ilin ilk bədbəxt hadisələrindən birinin qeydə alındığı ünvana baş çəkdik. Hamam otağının küçəyə açılan kiçik pəncərəsinin barmaqlığı qırıldığından mənzili tapmaq çətin olmadı. Dünyasını dəyişən şəxslər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata bu mənzldə kirayə qaldıqlarından evdə onlardan başqa heç kim olmayıb. Ev sahibi isə görünür, qapını bağlayıb getmişdi.

Bayram günü olduğundan qonşuların da çoxunu evində tapa bilmədik. Olanlar da ya məlumatsız olduqlarını dedilər, ya da nədənsə danışmaq istəmədilər.

Yaxınlıqda yerləşən meyvə-tərəvəz mağazasının satıcısının virtualaz.org-a bildirdiyinə görə, onlar bu mənzilə təxminən 2-3 ay öncə köçüblər. "Mən onları son 2-3 ayda görmüşəm. Burada kirayə qalırdılar, ev sahibi onlarla birgə yaşamır, başqa yerdə olur. Bildiyimə görə, üçü - Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum "SabunçuSpor" komandanın üzvləri idi. Ölənlərdən biri də (Senan Nike) həmin klubda oynayıb, sonra çıxıb. Beşinci kamerunlu - Nzemele Ezzambe isə Texniki Universitetdə oxuyub", - deyə satıcı Samir bildirdi. Onun sözlərinə görə, kamerunluların boğulmasından elə öz həmvətənləri xəbər tutub. O, dostlarından xəbər olmadığını görüncə bura gəlib və qapının bağlı olduğunu bildikdə polis çağırıb.

Qapı bağlı olsa da, mənzilin və hamam otağının küçəyə açılan pəncərəsi açıq idi. İçəridə isə dağılmış pal-paltarlar və bir də yarımçıq qalan kitablar görünürdü. Qeyd edək ki, mənzildə bağlı qapı arxasında qalan kamerunluların meyitləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkarlanıb. Onlar mənzilə pəncərədən daxil olaraq 5 nəfərin cəsədini aşkarlayıblar. Bir daha xatırladaq ki, kamerunlular 1 ilə yaxın "SabunçuSpor"da forma geyiniblər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив