Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,24 RUB

» » Məşum teraktda həlak olanlar kimlərdir? - FOTO


Məşum teraktda həlak olanlar kimlərdir? - FOTO

03.01.2017 23:35
admin

İstanbulun Ortaköy səmtindəki "Reina" gecə barına İŞİD terrorçusunun hcumu və oradakı insanları gülləbaran etməsi nəticəsində 39 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Həlak olanlar arasında müxtəlif ölkələrin vətəndaşları var. Azərbaycant vətəndaşı Nuranə Həsənova da "Reina"dakı teraktda həlak olub.
Milli.Az BBC-yə istinadən onların bəziləri barədə məlumatları təqdim edir.

Kerim Aykıl

Kerim Aykıl cümə günü Yeni İl bayramı üçün sevgilisi ilə İstanbula gedib.

Kerim Aykıl

Belçikada yaşayan Aykıl-ın xatirəsinə yaşadığı Houthalen-Helchteren Bələdiyyəsi bayraqları yarıyadək endirib. Əslən Kayseridən olan Aykıl Maas Mechelen şəhərində atası ilə birgə restoran işlədirdi.

Abis Rizvi

Abis Rizvi Reinada Yeni İli qeyd edən iki hindistanlıdan biridir. Onun ölüm xəbərini Hindistanın xarici işlər naziri Suşma Swaraj Twitter-də verib.

Hint Abis Rizvi

Rizvi, Mumbayda yerləşən inşaat şirkətinin rəhbəri, film rejissoru və direktoru idi. O həmçinin Bombey Kriket Birliyinin üzvü idi.

49 yaşlı Rizvi 2014-cü ildə "Roar: The Tigers of Sunderbans" adlı filmi çəkib. Onu tanıyanlar onun dinamik və texnologiya sevər olduğunu bildirir.

Elias Wardini

reina saldırı

Hücumda həyatını itirmiş üç livanlıdan biri Elias Wardini idmançı idi və şəxsi trener kimi çalışırdı.

O son dəfə şəxsi Instagram hesabından Reinada öldürülmüş Rita Chami ilə birgə foto paylaşıb.

Ayhan Arık

Turizm şirkətində çalışan Ayhan Arık şübhəlinin Reinada vurduğu ilk insanlardan olub.

Ayhan Arık

"Qapının önündə gətirdiyi insanların çıxmasını gözləyərkən polislə söhbət edirdi, təsadüfən tanış çıxırlar. Bir turizm şirkətində sürücü kimi çalışırdı, turist gəzdirirdi" Arıkın bir tanışı bildirib.

Rita Chami

Rita Chami

Livanlı, 25 yaşlı Rita Chami Elias Wardini ilə birgə Yeni ili qeyd etmək üçün İstanbula gəlib. Livan mediasının paylaşdığı bir fotoda o, dostu ilə hücum ehtimalından qorxduğunu deyib:

"Hə, narahatam, amma çoxdan bütün bronları etdim və hər şeyi ödəmişəm", deyə onlar təxminən 2 həftə öncə Rusiyanın Ankara səfiri Andrey Karlovun ölümündən danışıb.

Rita Chaminin dostları həmçinin bildirib ki, o bu yaxınlarda anasını xərçəng xəstəliyindən itirib və bundan çox təsirlənib.

Mustafa Sezgin Seymen

mustafa.s.seymen

Mustafa Sezgin Seymen may ayında nişanlanıb və Yeni ili qeyd etmək üçün nişanlısı Sezen Arseven ilə gecə klubuna gediblər. Sezen Arseven hücumda yaralanıb.

"Biz yarım qaldıq... Eşimi, həyat dostunu, sevdiyimi, eşqimi itirdim", Arseven Facebookda paylaşıb.

Leanne Nasser

Leanne Nasser

İsrailin qərbində əsasən ərəblərin yaşadığı Tirada yaşayan 18 yaşlı Leanne Nasser dostları ilə Yeni ili qeyd edirdi.

Tanışları onu hücum ehtimalına görə İstanbula gəlmək fikrindən yayındırmağa çalışsa da, o bir neçə gün idi ki burada idi.

Fatih Çakmak

Təhlükəsizlik keşikçisi Fatih Çakmak Vodafone Arena stadionunda baş vermiş hücumda sağ qalmışdı.

Onun qardaşı "aslan kimi Fatih Çakmak yatır burada. Reinada təhlükəsizlik keşikçisi idi. Bu uşaq çörək pulu üçün gecə-gündüz mübarizə aparırdı" deyə bildirib.

Burak Yıldız

Burak Yıldız

Hücumda həyatını itirən Burak Yıldız-ın cəmi 21 yaşı var idi.

Üsküdar Polis Müdirliyində çalışan Yıldız dekabrda Beşiktaş stadionunda baş vermiş hücumda həyatını itirənlər barədə yazmışdı:

"Bir xərəyə qoyuldu xəyallarınız, kim bilir neçə idi yaşınız. 20, 21, 22? İndi arxanızda gözlərimizdə yaş, ürəyimizda yanğın qaldı. Allah gözü yaşlı ailələrinizi səbir versin. Məkanınız cənnət olsun qardaşlarım".

Hatice Koç

Hatice Koç

Gümüşhane-də doğulmuş Hatice Koç 27 yaşında idi. Bir özəl təhlükəsizlik şirkətində çalışırdı və Yeni il gecəsi Reinada təhlükəsizliyi qoruyurdu.

Koç-un 3 yaşlı bir qızının olduğu deyilir.

Mustafa Jalal Ahmad Abbas

Iraklı öğrenci Mustafa Jalal Ahmad Abbas, İstanbul'da Kemerburgaz Üniversitesi'nde

İraqlı tələbə Mustafa Jalal Ahmad Abbas İstanbulda Kemerburgaz Universitetində memarlıq oxuyurdu.

Onun cəsədi Erbilə göndərilib, oxuduğu universitetdə matəm mərasimi keçiriluib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031