28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Yeni avtomobil almaq istəyənlərə – 8 MƏSLƏHƏT


Yeni avtomobil almaq istəyənlərə – 8 MƏSLƏHƏT

06.02.2017 00:00
admin

Yeni avtomobil almağın sevinci alqı-satqı prosesində müştərilərə bəzi məqamları unutdurur. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, bu hal daha sonra müştəri ilə avtomobil salonları arasında müəyyən problemlərə səbəb olur.  Avtomobil ekspertləri bildirirlər ki, avtomobil alarkən bir sıra məqamlar var ki, onlara diqqət yetirilməlidir. Avtomobil eksperti Eldəniz Cəfərli bildirib ki, fevral ayı ərzində avtomobil almaq məqsədəuyğundur: “Çünki yeni avtomobil modelləri, adətən, yaz aylarından etibarən satışa çıxarılır. Bu isə o deməkdir ki, yazda gətirilən avtomobillərin qiyməti 5-7% bahalaşacaq. Ekspert hesab edir ki, yeni modelləri daha sərfəli qiymətə almaq istəyənlər sifariş üçün müqavilə bağlanan zaman avtomobilin dəyərini tam olaraq ödəməlidirlər. Məsələn, müştəri 40 min manatlıq avtomobil üçün 1000 manat ödəyib sifariş edir. Məbləğin qalan hissəsini sifarişin yerinə yetirilməsindən sonraya saxlayır. Belə olan halda məzənnə dəyişkənliyi nəticəsində 40 min manatlıq avtomobilin qiyməti ölkəyə gətirilən zaman daha baha ola bilər. Müştəri sifariş zamanı avtomobilin dəyərini tam olaraq ödədiyi halda isə manatın məzənnəsinin dəyişməsi nəticəsində avtomobilin bahalaşmasına baxmayaraq, ondan əlavə ödəniş alınmır”. Ümumilikdə isə ekspert hesab edir ki, indi yeni avtomobil almaq sərfəli olsa da, bir sıra məqamlara diqqət yetirmək vacibdir: 

1. Avtomobilə gün işığında baxıb almaq lazımdır

Ekspert bildirib ki, əvvəlcə avtomobilə gün işığında baxılmalı və sürülməlidir: “Avtomobilin ideal vəziyyətdə olduğu dəqiqləşdikdən sonra onu almaq olar”. E.Cəfərli bildirib ki, Lənkəranda müştəri salonundan avtomobili axşam vaxtı alıb. Daha sonra isə məlum olub ki, satılan avtomobil əvvəlcə aşıb və rənglənərək satışa çıxarılıb.

2. Avtomobil çirkli olmamalıdır

Yeni avtomobil alarkən onun tam ideal, təmiz vəziyyətdə olmasına diqqət yetirilməlidir. Həm avtomobilin içi, həm də çölü təmiz olmalıdır.

Ekspert bildirib ki, belə olan halda avtomobildə hər hansı cızıq varsa və yaxud daşınma zamanı hər hansı ziyan dəyibsə, dərhal müəyyən etmək mümkün olur.

3. Müqavilədə avtomobilin tәchizatına, rənginə, istehsal ilinə diqqət yetirmək lazımdır

Avtomobil sifariş edərkən əsas diqqət yetirməli olan məsələ müqavilədir. E.Cəfərli bildirib ki, müqavilə bağlanan zaman avtomobilin rənginə, istehsal ilinə və təhcizatına diqqət yetirilməlidir. Bu daha sonra sifarişlə yarana biləcək hər hansı problemin qarşısını alacaq.

4. Əlavə tәchizatı kodla göstərilən detalların adı da qeyd edilməlidir

Avtomobil eksperti Rəşad Quliyev bildirir ki, bəzi hallarda avtomobillərin tәchizatı xüsusi kodlarla göstərilir. Amma adi müştəri bu kodun hansı detala və ya əlavə tәchizata aid olduğunu bilmir. Bu halda müştərinin aldadılma ehtimalı var. Ona görə də avtomobilin əlavə tәchizatı kodla göstərilirsə, müqavilədə həmin detalın adının da qeyd edilməsi tələb edilməlidir.

5. İstehsal yerini şassi nömrəsi ilə yoxlamaq lazımdır

R.Quliyev bildirib ki, yeni avtomobil modelləri bəzi hallarda digər ölkələrdə də yığılır. Azərbaycanda rəsmi dilerlər də bəzi modelləri istehsal yerindən deyil, yığıldığı digər ölkədən gətirirlər. Məsələn, yeni modellərdən bəzilərinin hazırda Dubayda yığılan versiyaları var. Rəsmi dilerlər avtomobili Dubaydan gətirsələr də, istehsal ölkəsini qeyd edirlər. Yeni avtomobil sahibi avtomobilin kapotunun altında döymə şassi nömrəsini internetdə yoxlamaqla avtomobilin istehsal yerini dəqiqləşdirə bilər. Məsələn, WDF44781313011191 kodunu daxil etdikdə avtomobilin “Mercedes V Klass” və istehsal yerinin Almaniya olduğunu görmək mümkündür.

6. Servis kitabçası tələb etmək lazımdır

Ekspertlər bildirirlər ki, yeni avtomobil sahibi olmaq istəyənlər, adətən, sevincli olduqları üçün və avtomobili dərhal sürmək istədikləri üçün bəzi detalları unudurlar. Bunlardan da biri avtomobilin servis kitabçasıdır. E.Cəfərli deyib ki, yeni avtomobil almaq istəyənlər mütləq servis kitabçasını tələb etməlidirlər. Əks halda, rəsmi dilerdən daha sonra bu kitabçanı almaq mümkün olmayacaq. Servis kitabçasını almaq üçün əlavə ödəniş etmək lazım gələcək.

7. Ehtiyat təkərin olub-olmadığını yoxlamaq vacibdir

E.Cəfərli əlavə edib ki, bundan əlavə yeni avtomobilin baqajını açıb ehtiyat təkərin olub-olmadığını da yoxlamaq lazımdır. Sonradan ehtiyat təkərin olmadığını müəyyən etdikdə bu dilerlə müştəri arasında mübahisəyə səbəb ola bilər. Müştəri avtomobildə ehtiyat təkərin olmadığını sübut etməkdə çətinlik yaşaya bilər.

8. Ehtiyat açarı unutmaq olmaz

Avtomobil alıcıları, adətən, servis kitabçası ilə yanaşı, avtomobilin ehtiyat açarını da unudurlar. E.Cəfərli bildirib ki, bu da vacib məsələdir. Onun sözlərinə görə, əksər hallarda müştərilər 3-cü açarı tələb etmirlər. Bu bəzi hallarda müştərilər üçün problem yaradır: “Azərbaycanda, adətən, sürücülər iki açarı eyni vaxtda üzərlərində daşıyırlar. Avtomobilin açarı unudulanda və ya itəndə isə sürücü çıxılmaz vəziyyətdə qalır. Xüsusilə də qadın sürücülər belə hallarla tez-tez rastlaşır. Ona görə də 3-cü açar mütləq vacibdir”. Ekspert tövsiyə edir ki, gözlənilməz halla qarşılaşmamaq üçün avtomobilin açarlarından biri mütləq evdə və ya başqa yerdə saxlanılmalıdır. 

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив