28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » Sürücüləri ölümə yollayan şəxsə cinayət işi açıldı - Bakıda


Sürücüləri ölümə yollayan şəxsə cinayət işi açıldı - Bakıda

04.02.2017 00:00
admin

Bakıda vətəndaşlara təzə adı ilə köhnə avtomobil təkərləri satan şəxs yaxalanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub. F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. 

 

Fidan

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив