23,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,29 AZN

описание


» » Köhnə təkərləri "təzələyib" satan şəxs tutuldu - "Bandotdel" əməliyyat keçirdi


Köhnə təkərləri "təzələyib" satan şəxs tutuldu - "Bandotdel" əməliyyat keçirdi

02.02.2017 00:00
admin

Respublikanın daxili işlər orqanları tərəfindən insanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, eyni zamanda magistral yollarda qəzaların baş verməsinə şərait yaradan amillərdən biri olan keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub. F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib.

 Qeyd edilən faktla Baş İdarənin İstintaq Şöbəsində araşdırma aparılır.

 

Emin

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив