28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "20 Yanvar" dairəsində "avtomobil müharibəsi"nə son qoyulur


"20 Yanvar" dairəsində "avtomobil müharibəsi"nə son qoyulur

30.01.2017 00:00
admin

Bakının "20 Yanvar" dairəsində avtonəqliyyat vasitələrinin hərəkətinə dəyişiklik edilə bilər. Həmin ərazidə hərəkətin işıqforlarla tənzimlənməsi nəzərdə tutulur və artıq bir neçə işıqfor quraşdırılıb. Avtosfer.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, dəyişikliyin məqsədi təhlükəsizliyin təmin edilməsi, avtomobillərin keçmə növbəliyində yaranan süni sıxlığın aradan qaldırılmasıdır. V.Əsədov bildirib ki, həmin ərazidə işıqforlar quraşdırılsa da, hələ işə salınmayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda işıqforlar işə salınacaq: “Bir neçə gün ərzində müşahidələr aparılacaq. Əgər özünü doğrultsa, həmin ərazidə işıqforlar daimi qalacaq, əks halda başqa tədbir görüləcək”.

Qeyd edək ki, bir müddət öncə Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədə süni sıxlığın aradan qaldırılması üçün həmin dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün aparılmş müşahidələrdən sonra daimi istifadəyə verilib.

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив