15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,3 AZN

описание


» » «5 mərtəbə» dairəsində sürücülərin işi asanlaşdı - FOTO


«5 mərtəbə» dairəsində sürücülərin işi asanlaşdı - FOTO

12.01.2017 00:00
admin

Bakıda «5 mərtəbə» dairəsi kimi tanınan dairədə hərəkətin təşkilində daha bir dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, indiyə kimi Azərbaycan prospektindən (Mərkəzi Univermaq tərəfdən) dairə tərəfə gələndə sağdakı iki zolaq ancaq sağa - dairə istiqamətinə hərəkət etməyə icazə verirdi, soldakı iki zolaq isə ancaq sola Mirzəağa Əliyev küçəsinə (Sovetskiyə) dönməyə icazə verirdi. Bu gün Azərbaycan prospektinin sonunda asfalta çəkilmiş təhlükəsizlik adacağını qismən pozaraq kiçildiblər və dairə istiqamətinə dönməyə yeni bir zolaq artırıblar. İndi Mərkəzi Univermaqdan gələndə dairəyə üç zolaqla daxil olmaq olacaq. Yəni sagdakı iki zolaq ancaq sağa, üçüncü zolaqdan sağa və sola, dördüncü zolaqdan isə ancaq sola dönməyə icazə veriləcək. Hərəkətin təşkilində edilən bu dəyişiklik Azərbaycan prospektində yaranan sıxlığın azalmasına və «5 mərtəbə» dairəsinə daxil olan avtomobillərin daha rahat hərəkətinə imkan verəcək.

Təqdim olunan sxemdə yeniliyi qismən də olsa izah etməyə çalışmışıq.

 

Təbriz

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив