8,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,78 AZN
1 EUR = 1,88 AZN
10 RUB = 0,31 AZN

описание


» » Avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib - Tramp


Avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib - Tramp

04.01.2017 00:00
admin

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “General Motors” şirkətinin Meksikada istehsal etdiyi avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib.  

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə məlumatı “Twitter” səhifəsinə dərc edib.

“General Motors Meksikada istehsal etdiyi “Chevy Cruze” avtomobilini sərhəddən havayı keçirərək ölkəyə gətirir. Avtomobilləri ABŞ-da istehsal edin və ya yüksək vergilər ödəyin!”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl Tramp başqa ölkələrlə ticarət müqavilələri yenidən nəzərdən keçirəcəyini vəd edib. Belə ki, o, Kanada, ABŞ və Meksika arasında imzalanmış azad ticarət barədə Şimali Amerika sazişini “faciə” adlandırıb.

Tramp, həmçinin, qanunsuz miqranların ölkəyə keçməsinin qarşısını almaq üçün  Meksika ilə sərhəddə səddin ucaldılacağını vəd edib. 

Mənbə: avtosfer.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив